“Azərbaycanla bir neçə mühüm istiqamət üzrə yaxşı layihələrimiz var” –PUTİN

Keçən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 7 faiz artıb. Bu, yaxşı göstəricidir.

AzPost-un məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin iyunun 18-də Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualını cavablandırarkən söyləyib.

Rusiya dövlətinin başçısı deyib: “Bizim Şimal-Cənub və bir neçə digər mühüm istiqamət – logistika, istehsal sahəsi, gəmiqayırma üzrə yaxşı layihələrimiz var. Biz Bakı gəmiqayırma zavoduna sifarişlərimizi artırmağa hazırıq. Orada yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümidvaram ki, biz bunların hamısını həyata keçirəcəyik”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.