“Azərbaycanla gərginlik arxada qaldı…Yaxşı xəbərlər olacaq” –İran XİN-dən AÇIQLAMA

“Tehran-Bakı münasibətləri ilə bağlı yaxşı xəbərlər olacaq”.

Bunu APA-ya açıqlamasında İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfərini şərh edərkən deyib.

“İki ölkənin əlaqələrində mətbuat tərəfindən lazımsız yerə yaradılan və istənilməyən gərginlik hər iki tərəfin ağıllı davranışı ilə geridə qaldı. İki ölkənin əlaqələri yeni mərhələyə qədəm qoyub və səfər bu məqsədlə baş tutmuşdu”, – S. Xətibzadə vurğulayıb.

Onun sözlərinə görə, Ş. Mustafayevin İrana səfəri çərçivəsində ölkələr arasında bir çox layihə haqda müzakirələr aparılıb.

XİN sözçüsü vurğulayıb ki, yaxın həftələrdə müxtəlif səviyyəli rəsmilərin qarşılıqlı səfərləri də nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Koreya Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədrini qəbul edib

Sonrakı məqalə

Fəxri adlar bundan sonra necə veriləcək? –