Azərbaycanla Pakistan arasında hərbi sahədə münasibətlər uğurla inkişaf edir- - Prezident

Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edir.

Bunu Prezident İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbulu zamanı deyib.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü dövründə Pakistan hökumətinin və xalqının ölkəmizə göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Dövlət başçısı Pakistanın Ermənistanın təcavüzünə görə bu ölkə ilə diplomatik əlaqələr qurmamasını Azərbaycana göstərilən qardaşlıq münasibətinin nümayişi kimi dəyərləndirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.