Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının imzaladığı Əsasnamə təsdiq edildikdən sonra sərhədin qalan hissələrinin demarkasiyası prosesi davam edəcək.
Azpost.info bildirir ki, bu sözləri Armenpress-ə Ermənistan Baş nazirinin Ofisindən bildirilib.
Məlumatda deyilir ki, tərəflər razılığa gəliblər ki, Əsasnamə təsdiq edildikdən sonra digər hissələrin demarkasiyanı razılaşdıracaqlar: “Tərəflər razılığa gəliblər ki, Əsasnamə təsdiq edildikdən sonra sərhədin qalan bütün hissələrinin demarkasiyası prosesini davam etdirsinlər”.
Paşinyanın Ofisindən verilən rəsmi açıqlamada qeyd olunur ki, tərəflər demarkasiya prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsini rəhbər tutması barədə razılığa gəliblər. Bu əsas prinsip də Əsasnamədə öz əksini tapmalıdır.