Azərbaycanlı güləşçi Paris Olimpiadasına lisenziya qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində imza atıb

Yarışın yarımfinalında rumıniyalı Razvan Arnauta qalib gələn idmançı Olimpiadada iştirak hüququ qazanıb.

Bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 21-ci lisenziyası olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.