“Azərbaycanlı hərbçilər Ermənistanda şiddətli şəkildə döyülüb” –XİN sözçüsü

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına işgəncə verilməsi faktına münasibət bildirib.

XİN sözçüsü Ayxan Hacızadə bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Naxçıvanın Şahbuz rayonu istiqamətində bir neçə gün əvvəl itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətli şəkildə döyülüb və işgəncələrə məruz qalıb. Bu cür pis rəftar beynəlxalq humanitar hüquqa ziddir, tamamilə qəbuledilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!”, – XİN sözçüsü bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.