Azərbaycanlı iş adamı Türkiyədə zəlzələdə həlak olub –FOTO

Azərbaycanlı iş adamı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş vermiş zəlzələdə həlak olub.

Azpost.info bildirir ki, bu barədə Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov bildirib.

Əslən Salyan rayonunun Arbatan kəndindən olan iş adamı 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Rusiya vətəndaşı olub.

Meyvə-tərəvəz ticarəti üzrə uğurlu biznes sahibi  olan Eldəniz Əliyev 40 ilə yaxın idi ki, Sankt-Peterburq şəhərində yaşayırdı. Türkiyəyə də iş ardınca gedən sahibkar Hatay şəhərində baş vermiş zəlzələdə həlak olub.

Onun cənazəsinin bazar günü Salyana gətirilərək dəfn olunacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.