Azərbaycanlılar Türkiyədə ev alışını 2,5 dəfə azaldıb- Rəqəmlər

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Gürcüstana 8,6 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 36,5% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 4,4 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin ilk 4 ayı ilə müqayisədə 22,2% çoxdur.

Xatırladaq ki, ötən ilin ilk dörd ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 6,3 mln. dollar olub Gürcüstandan Azərbaycana isə 3,6 mln. dollar dəyərində pul köçürülüb.

Təkcə cari ilin aprel ayında isə Azərbaycandan Gürcüstana 2,4 mln. dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 41,1% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 3,08%-nə bərabərdir.

Bildirək ki, aprel ayında Gürcüstandan Azərbaycana pul köçürmələri isə 0,8 mln. dollar təşkil edib.

Cari ilin aprel ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 79,1 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 42,3% və ya 58,0 mln. dollar azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanda son sutkada 184 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

BMT koronavirusla bağlı yeni tövsiyələrini