Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə mənzil alırlar

Orkhan Ali 12 İyul 2025 - 19:21 (Last updated: 12 İyul 2025 - 18:39)
Türkiyə

Türkiyə

Azərbaycan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak bazarına marağı artmaqda davam edir. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları bu ölkədə 203 mənzil alıblar. Bu, 2024-cü ilin birinci rübü ilə müqayisədə 34 mənzil və ya 20,1 faiz çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil almışdılar. Mart ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda altıncı yerdə qərarlaşıb. Bu ilin may ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 75 mənzil alıblar.
Bəs vətəndaşlarımızı qardaş ölkənin əmlak bazarına çəkən nədir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Türkiyədə yaşayan vətəndaşlarımız kirayədən qurtulub mənzil sahibi olmaq istəyirlər: “Xarici ölkələrdən daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin yatırım etdikləri ölkələrlə mütləq müəyyən əlaqələri olur. Türkiyədə yetəri qədər soydaşlarımız yaşayır. Bəzisi orada işləyir, bəzisi təhsil alır. Lakin Türkiyədə yaşasalar da, Azərbaycan vətəndaşı hesab olunurlar. Türkiyədə yaşayan insanların arasında Naxçıvan Muxtar Respublikasının sakinləri çoxluq təşkil edirlər. İnsanlar Türkiyədə müəyyən bir müddət kirayə yaşayırlar, sonra isə mənzil sahibi olurlar. Bu da statistik rəqəmlərə təsir edir”.
E.Fərzəliyev bildirdi ki, vətəndaşlarımızın Türkiyə əmlak bazarına maraq gösətrməsinin digər bir səbəbi də yatırım məqsədidir: “Türkiyədə qiymət artımı daha sürətlidir. Vətəndaşlarımız da orada mənzil alaraq, kirayə verirlər. Kirayələrdən kifayət qədər qazanc əldə edə bilirlər. Həmçinin Türkiyədə turizm sektoru xeyli inkişaf edib. Ora müxtəlif ölkələrdən ilin fərqli fəsillərində turistlər axın edir. Turistlərə mənzili kirayə vermək onlara daha sərfəlidir. Yəni azərbaycanlıların Türkiyədən mənzil almasının əsas səbəblərindən başlıcası yatırım məqsədli atılan addımlardır”.
Ekspert Azərbaycan vətəndaşlarının Türkiyədə əmlak alarkən hansı ərazilərə üstünlük verildiyinə də toxundu: “İstanbulda əmlakların qiyməti xeyli yüksəkdir. Təkcə azərbaycanlılar deyil, digər ölkə vətəndaşları da Türkiyədən mənzil alarkən, əsasən turistik zonalara üstünlük verirlər. Alanya, Antalya kimi ərazilərdə tikintilər daha sürətlə gedir. Məsələn, Alanyaya ilin bütün fəsillərində xeyli turist axını olur. Həm yaşayış, həm də kirayə üçün əlverişli olan bu tip ərazilərə yatırımlar daha çox edilir”.
Ekspertin sözlərinə görə, Bakı və digər böyük şəhərlərimizdə türk tikinti şirkətlərinin nümayəndəlikləri mövcuddur. Həmin şöbələr də oraya müştərilərin axın etməsinə səbəb olurlar.
E.Fərzəliyevin sözlərinə görə, insanların Türkiyəyə axın etməsinin bir səbəbi də vətəndaşlıq hüququ əldə etmək planıdır: “Türkiyədə vətəndaşlıq almaq üçün 400 min dollardan baha qiymətə olan əmlak almalısan. Bu rəqəm əvvəlki dövrlərdə 250 min dollar idi. Qiymətin yüksəldilməsinin də səbəbi insanların Türkiyəyə axın etməsidir. Dünyada baş verən bir sıra proseslər çərçivəsində Türkiyə vətəndaşı olmaq istəyən insanların sayı artdı. Qardaş ölkə də bu vəziyyətdən öz iqtisadiyyatına töhfə qazandırır. Daşınmaz əmlak yeganə sahədir ki, xarici ölkələrdən investisiya cəlbinə səbəb olur. Türkiyəyə böyük pullar qazandırır”.
Qeyd edək ki, Türkiyədə mənzil qiymətləri 2025-ci ilin mart ayında 2024-cü ilin mart ayı ilə müqayisədə 32,3 faiz artıb. Şəhərlər üzrə satılan mənzil sayına görə İstanbul, Antalya, Mersin ilk üçlükdə qərarlaşıb.
İqtisadçı Fuad İbrahimov isə düşünür ki, qardaş ölkədə əmlak sahibi olmaq daha rahat olduğundan insanlar oranı seçir: “Ola bilər ki, bu, dövrü xarakter daşıyır. Yaxud Türkiyədə əmlak qiymətlərində müəyyən kompaniyalar da ola bilər. Vətəndaşlarımız da müəyyən güzəştlərdən istifadə edərək mənzil sahibi olurlar. İnsanlarımız üçün Türkiyədə mənzil sahibi olmaq daha cazibədar gəlir. Deməli, vətəndaşlarımız orada daha rahat əmlak sahibi ola bilirlər. Əmlak bazarı daha sadədir.
İqtisadçının sözlərinə görə, bu axın Türkiyə iqtisadiyyatı üçün əlverişli olsa da, ölkəmiz üçün yaxşı hal deyil: “İstənilən halda, hər hansı vətəndaşımızın xarici ölkədən əmlak alması dövlətimizdən kapital axınına səbəb olur. Qardaş ölkə də olsa, istər-istəməz onların iqtisadiyyatına investisiya yatırmış oluruq. Təbii ki, bizim ölkəmiz insanlarımız üçün daha cazibədar, qiymətlər daha uyğun olsa, vətəndaşlarımız kapitalını öz ölkəmizə yatırmağı daha üstün tutar. Əgər bu vəziyyət kütləvi hal alarsa, bu, bizim ümumi iqtisadiyyatımız üçün mənfi təsir deməkdir. Çünki ölkədən kütləvi kapital axını makro-iqtisadi səviyyəmizə təsir edir”. (“Kaspi” qəzeti)

AzPost.az

Post navigation

Previous: Abşeron İcra Hakimiyyətinin həbs olunan əməkdaşı
Next: Azərbaycanda ən çox bu rayonda ailə qurublar

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.