“Azərbaycanlılar Xocalıya və sülhməramlıların nəzarətində olan torpaqlarına qayıdacaqlar” –PREZİDENT

“Azərbaycanlılar Qarabağın bu gün sülhməramlı missiyasınn nəzarətində olan torpaqlarına qayıdacaqlar. Bu bir qədər zaman və birgə səylər tələb edir. Xocalıya da qayıdacağıq. Ermənistan bunu anlamalıdır. Süni əngəllərlə özünə zərbə vurmuş olur”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət Başçısı qeyd edib ki, müharibənin yaraları sağalmayıb.

“Xocalı yaraları heç vaxt sağalmayacaq. Bunu  heç vaxt unutmayacğıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Heç kimi tələsdirmirik. İlk olaraq qarşıda vətəndaşların torpaqalrına qayıtması, müharibə risklərin sıfıra endirilməsi dayanr”.

İlham Əliyev deyib ki, müharibədən 4 ay sonra erməni-azərbaycanlı rəsmi şəxsləri arasında təmaslar qurulur: “Bəzən açıq, bəzən qeyri-rəqmi. Bu proses gedir. Ona görə bütün bu həssaslığı başa düşərək  biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir