Azərbaycanlıların işini araşdıran istintaq komitəsinin rəhbəri qəzaya uğrayıb- Rusiyada

Rusiyanın Dağıstan üzrə İstintaq Komitəsi idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Oleq Potanin Dağıstanın Qayakənd rayonunda avtomobil qəzasına düşüb.

“Çernovik” xəbər verir ki, O.Potaninlə birgə avtomobildə Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İstintaq İdarəsinin rəisi general Oleq Vasilyev də olub.

Məlumata görə, onların hər ikisi xidməti zirehli avtomobildə azərbaycanlıların kütləvi şəkildə aksiya keçirdiyi sərhədyanı bölgəyə gedirlərmiş.

Bildirilir ki, avtomobilin aşması nəticəsində O.Vasilyev bir neçə sınıqlar alıb. O.Potaninin vəziyyəti isə ağırdır(report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İcra başçısının müavini ilə məktəb direktorunda koronavirus aşkarlanıb

Sonrakı məqalə

“Pandemiyanın səbəb olduğu iqtisadi geriləmə Avropanın tarixdə üzləşdiyi ən böyük çətinlikdir”