“Azəriqaz”ın baş direktoruna yeni müavin təyin edilib.
Bu barədə “Yüksəliş” müsabiqəsinin sosial şəbəkə hesablarında paylaşım edilib.
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Təbriz Əmmayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini vəzifəsinə təyin edilib.