Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Azərişıq iki layihəyə 10 milyondan çox pul xərcləyəcək

Orkhan Ali 18 İyun 2025 - 10:24 (Last updated: 18 İyun 2025 - 10:26)
Azərişıq

Azərişıq

Ağdam və Füzuli rayonlarında xarici elektrik təchizatının yenilənməsi məqsədilə yeni elektrik veriliş xətləri üçün böyük məbləğlərdə vəsait ayrılıb.
AzPost xəbər verir ki, Ağdamın beş yaşayış məntəqəsini əhatə edən layihəyə ayrılan vəsait 8 milyon 905 min 808 manat təşkil edir.

Söhbət Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli kəndlərini əhatə edən 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) elektrik veriliş xəttinin çəkilməsindən gedir. Bu işləri həyata keçirmək üçün “Azərişıq” ASC “Harmony Industrial Construction and Engineering Group” MMC ilə müqavilə bağlayıb.

Maraqlıdır ki, bu MMC ilə bağlı açıq mənbələrdə geniş məlumat yoxdur və şirkətin daha əvvəl dövlət sifarişi ilə hansı işləri gördüyü dəqiq bilinmir.

Füzuli rayonunun Qoçəhmədli, Qarğabazar və Cuvarlı kəndlərini əhatə edən bənzər elektrik xətti layihəsi üçün isə 1 milyon 48 min 450 manat ayrılıb. Bu işi isə “19 saylı Tikinti Təmir İdarəsi” MMC həyata keçirəcək. Bu şirkət də daha çox lokal layihələrdə görünür və əvvəlki fəaliyyətinə dair açıq hesabatlıq mövcud deyil.

Hər iki layihə “Azərişıq” ASC tərəfindən elan olunan satınalmalar əsasında reallaşdırılıb. Lakin tender prosesində iştirak edən digər şirkətlərin adları, təkliflər və texniki qiymətləndirmə mərhələsi ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib.

AzPost.az

Post navigation

Previous: Medal düzəldib təltif edən QHT-lərə xəbərdarlıq olundu –
Next: “İsrail və İran arasında döyüş bir neçə həftə davam edəcək”

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.