“Azərişıq”ın yarım milyon manat pulunu mənimsəyən şəxsin məhkəməsi başlayır

Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

P. Əliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində “Azərişıq” ASC tanınıb. P. Əliyevə 179.4-cü (mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. İş üzrə zərər yarım milyon manatdan çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkəyə gətirilən məhsulların 17,7 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Sonrakı məqalə

Azərbaycan neftinin qiyməti 74 dolları keçib