“Azərpoçt” bayram günlərində fəaliyyət göstərəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8-12-də növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

Bu barədə “Azərpoçt” MMC-dən bildirilib.

Noyabrın 8, 9, 10, 12-də respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:

1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi, saat 09:00-18:00

2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00

2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00

3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00

4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00

Qeyd edilən tarixlərdə istehsalat zərurəti yarandığı halda 1 saylı poçt filialının 66 və 152 saylı poçt şöbələri 10.00-dan 17.00-dək fəaliyyət göstərəcək.

11 noyabr tarixində respublika üzrə bütün poçt şöbələri vətəndaşlara xidmət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması – təmin ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.