AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad olundu –SƏRƏNCAM

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vəzifəsindən azad olunub.

Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

 

Qeyd edək ki, KİV-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (qısa adı AZƏRTAC) yoxlamalar başlandığı barədə məlumat yayılmışdı..

Globalinfo.az saytının yaydığı məlumatda bildirilirdi ki, dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır.

Əvvəlki məqalə

XİN Frankofoniya Sammitində Azərbaycana qarşı Bəyanata etiraz edib

Sonrakı məqalə

Azərbaycan bu il ən çox Hindistana mal ixrac edib –