Azərbaycan Rusiyaya kənd təsərrüfatı ixracını artıra bilər

İrandan idxal azalarsa, Azərbaycan Rusiya bazarına meyvə-tərəvəz tədarükünü artıra bilər.

AZƏRTAC xəbər verir ki, “Rusprodsoyuz” assosiasiyası Rusiya bazarında geniş alternativ meyvə-tərəvəz tədarükçülər dairəsinin olduğunu bildirib.

Təşkilat qeyd edib ki, İran Rusiyaya meyvə-tərəvəz məhsulları ixrac edən ölkələr sırasındadır, lakin zərurət yaranarsa, tədarük tez bir zamanda digər dövlətlərlə əvəz edilə bilər.

Xüsusilə, Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Serbiya və digər ölkələr meyvə-tərəvəz tədarükünü artıra bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.