“Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər”

“Ermənistanda növbəti seçkilərə, yəni bu ilin iyun ayına qədər biz sülh müqaviləsini imzalaya bilərik”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, Ermənistan yeni Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiası olmayacağını öhdəlik kimi götürərsə, Azərbaycan buna gedə bilər: “Bizim qanunvericiliklə Ermənistanla savaş Vətən müharibəsi kimi tanınır. Ona görə də Konstitusiyaya görə, sülh sazişinin imzalanması üçün Milli Məclisin razılığı lazımdır. Keçən ilin avqust ayında sülh sazişi paraflanıb. Sülh sazişinin parlamentdə müzakirəsinə ehtiyac var. Təklif edirəm ki, bu, yaz sessiyasının iş planına daxil edilsin”.

O qeyd edib ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır.

“Azərbaycan Ermənistana yanacaq satır. Əgər Ermənistana yüklər Azərbaycan üzərindən daşınırsa, hesab edirəm Azərbaycana da Ermənistan üzərindən yüklər daşına bilər. Ermənistanla olan dəmiryolu xəttini, o cümlədən Sədərəkdən İrəvana gedən dəmiryolu xəttini biz bərpa etdirə bilərik. Hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılması məsələsi müzakirə edilir. Naxçıvanın sürətli inkişafı üçün Naxçıvana dəmiryolu ilə yüklər daşınmalıdır, biz də Ermənistan üzərindən Naxçıvana yüklər daşımalıyıq. Düşünürəm hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır”, – Qüdrət Həsənquliyev vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.