İranın Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirdiyi dron hücumlarından sonra beynəlxalq tərəfdaşlardan daxil olan dəstək bəyanatları, məktublar və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.
Bu barədə Azərbaycan Xaric İşlər Nazirliyindən (XİN) bildirilib.
“Azərbaycanla göstərilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə bir daha təsdiqlənməsini yüksək qiymətləndiririk.
Bu dövrdə Azərbaycanla həmrəy olduqları üçün bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk”, – məlumatda qeyd olunub.