Azərbaycan ərazisində 80 min il əvvəl yaşamış neandertal insanın qalıqları tapılıb.
Azpost.info bildirir ki, bu barədə Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Ümumi Yığıncaqdakı çıxışında deyib.
O, deyib ki, bu tapıntı tarix sahəsində 2025-ci ilin ən mühüm elmi nəticəsidir.
Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun Xocavənd rayonundakı qədim Tağlar mağarasından Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı birgə arxeoloji qazıntı zamanı neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılıb. Hazırda həmin arxeoloji fakt Yaponiyada karbohidrogen analiz mərhələsindədir. Tədqiqatçıların reallığına çox inandıqları bu fakt təsdiqlənərsə, 1968-ci ildə professor Məmmədəli Hüseynovun Azıx mağarasında aşkar etdiyi ən qədim insan çənəsindən sonra aşkar edilmiş dünya əhəmiyyətli ikinci kəşf hesab ediləcək.