Azərbaycanda bank kartları ilə fırıldaqçılıq hallarının sayını və müştəriləri aldadaraq oğurlanan pulların məbləği məlum olub.
Mərkəzi Bankın məlumatına görə, bu ilin ilk 3 ayında müştərilərin bank kartlarından təqribən 1 milyon dollar oğurlanıb.
Fırıldaq hallarının bir hissəsi xarici, digər hissəsi ölkədaxilində baş verib.
Ən çıx kart fırıldaqları hələlik ölkə daxilində baş verib. Belə kİ, bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxilində 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü lə müqayisədə müvafiq olaraq 3,1 dəfə çox və 5 dəfə çoxdur. Belə kİ, ötən ilin ilk 3 ayında bank kartları ilə 1000 fırıldaq halı baş vermiş, nəticədə kartlardan 450 min manat oğurlanmışdı.
Ölkəxarici fırıldaq hallarının isə sayı 6020 olub və bu əməliyyatlar nəticəsində kartlardan 325 min manat silinib.
Ötən ilin eyni dövrü ilə müqayisədə oğurlanan məbləğ 73%, fırıldaq halları isə 64% artıb. Başqa sözlə, ötən il xaricdəki hakerlər Azərbayxanın bank kartlarından 3700 dəfə oğurluq edərək 187 min manat oğurlamışdılar.
Nəticədə əgər ötən ilin 1-ci rübündə ölkə üzrə bank kartlarından ümumilikdə 640 min manat oğurlanmışdısa, bu ilin eyni dövründə həmin məbləğ təqribən 3 dəfə artaraq 1,7 milyon manata və ya 1 milyon dollara çatıb.
İlk 3 ayda ölkədaxilinda kartlarla baş verən fırıldaqçılığın 21%-i hesabın ələ keçirilməsi, 79%-i isə digər hallara aiddir. Ölkəxarici fırıldaqçılıq hallarının isə 60%-i kartın fiziki iştirakı olmadan, 40% isə digər hallara aid olub.
Məlumatlar göstərir ki, bank kartlarından pullar ən çox elektron ticarət və mobil tətbiqlər vasitəsilə oğurlanır. Belə ki, ölkədaxili fırıldaqçılığın 98%-i, ölkəxarici fırıldaqçılığın isə 81%-i elektron ticarət və mobil tətbiq üzərindən baş verir.