Azərbaycanda məişət avadanlıqları zavodu tikiləcək

Azərbaycanda məişət avadanlıqlarının yığımı üzrə zavod inşa olunacaq.

Azpost.info bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişaf Agentliyinin məlum atında deyilir. Fabrikin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin sənaye zonasında qurulması nəzərdə tutulub.

Layihə çərçivəsində soyuducular, bişiricilər, qabyuyanlar, paltaryuyan maşın və quruducu məişət avadanlıqlarının istehsalı nəzərdə tutulur.

Zavodun tikintisinin 2 il müddətinə başa çatması planlaşdırılır. 22 hektar ərazidə qurulacaq müəsissədə 2 min nəfər işləyəcək.

İstehsal olunan məhsullar daxili və xarici bazarlar üçün nəzərdə tutulub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.