Azərbaycandan dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı gətirilib

Azərbaycandan yeni neft məhsullarının daxil olması ilə əlaqədar Ermənistanda benzinin qiymətlərinin azalması gözlənilir.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan “Facebook” səhifəsində məlumat paylaşıb.

“Artıq qeyd etdiyim kimi, əvvəlki ayın qiymətləri ilə müqayisədə benzin və dizel yanacağının litrinin qiymətində 80 drama qədər ucuzlaşma gözlənilir. Məmnuniyyətlə bildirirəm ki, bu inkişafla əlaqədar neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin endirilməsi istiqamətində çalışırlar”, – Gevorq Papoyan yazıb.

Nazir 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6580 ton taxıl gətirildiyini bildirib. Onun sözlərinə görə, gətirilən taxılın min tonu Qazaxıstan, 5580 tonu isə Rusiya məxsusdur. Eyni zamanda, 1210 ton Azərbaycan benzini idxal olunub.

“2026-cı il yanvarın 8-nə olan vəziyyətə görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı gətirilib, 4103 ton isə yoldadır. Eyni zamanda 7600 ton Azərbaycan neft məhsulu daşınıb ki, bunun 6100 tonu benzin, 1500 tonu isə dizel yanacağıdır”, – o məlumat verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.