Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanın valyuta ehtiyatları rekord vurdu –

User 10 Sentyabr 2026 - 16:08
Mərkəzi Banka yeni baş direktor

Mərkəzi Banka yeni baş direktor

Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatları ilin əvvəlindən 3,8 milyard dollar və ya 33 faiz artaraq 15,3 milyard dollara çatıb. Bu, Mərkəzi Bankın tarixində ən yüksək göstəricidir.

Azpost.info-nun məlumatına görə, Mərkəzi Bankın baş direktoru Elrad Seydiyev APA-ya müsahibəsində bildirib ki, Dövlət Neft Fondunun xarici valyuta aktivləri də nəzərə alınmaqla Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 90,8 milyard dollar təşkil edir.

Bu həcmdə ehtiyat ölkəyə təxminən 41 aylıq əmtəə və xidmət idxalını maliyyələşdirməyə imkan verir.

Ehtiyatlar niyə artır?

Elrad Seydiyevin sözlərinə görə, ehtiyatların artımında ilk növbədə Azərbaycanın əlverişli xarici mövqeyi, cari əməliyyatlar balansının profisiti və ölkənin xarici valyuta gəlirlərinin dinamikası mühüm rol oynayır. Qlobal enerji bazarında əlverişli qiymət dinamikası, həmçinin qeyri-neft-qaz məhsul və xidmətlərinin ixracında müsbət meyillərin davam etməsi ölkənin xarici ticarət mövqeyinə də təsir göstərib.

Dövlət Gömrük Komitəsinin cari ilin ilk 7 ayına dair məlumatlarına əsasən, Azərbaycanın ticarət balansında 9,5 milyard dollara yaxın profisit yaranıb.

Eyni dövrdə pul baratları üzrə saldo isə 680 milyon dollar təşkil edib.

Dollarlaşma da azalır

Mərkəzi Bank rəsmisi maliyyə sektorunda dollarlaşma prosesinin də davam etdiyini bildirib.

Cari ilin iyulunda rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 25,8 faiz olub. Müqayisə üçün, 2021-ci ilin sonunda bu göstərici 40,6 faiz təşkil edirdi.

Bu isə son illərdə əhalinin milli valyutaya etimadının artması və maliyyə sektorunda xarici valyutadan asılılığın azalması kimi qiymətləndirilir.

2021-ci ildən ehtiyatlar 70 faiz artıb

Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin sonundan etibarən Azərbaycanın strateji valyuta ehtiyatları 70 faiz, Mərkəzi Bankın öz valyuta ehtiyatları isə 2,2 dəfə artıb.

Strateji ehtiyatların artımında ehtiyatların idarə edilməsindən əldə olunan gəlirlər də rol oynayıb.

Yüksək ehtiyatlar Azərbaycana nə verir?

Valyuta ehtiyatları ölkənin iqtisadi və maliyyə şoklarına qarşı əsas təhlükəsizlik buferlərindən biridir. Qlobal maliyyə bazarlarında kəskin dəyişikliklər, xarici valyutaya tələbin artması və digər mümkün risklər zamanı yüksək ehtiyatlar ölkənin maliyyə dayanıqlığını qorumağa imkan verir.

Ehtiyatların yüksək olması həmçinin Azərbaycanın xarici öhdəliklərini yerinə yetirmək və zəruri hallarda idxalı maliyyələşdirmək imkanlarını genişləndirir.

Elrad Seydiyevin sözlərinə görə, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın suveren kredit reytinqini qiymətləndirərkən ölkənin güclü xarici balansını və yüksək həcmli xarici aktivlərini mühüm müsbət amillər kimi nəzərə alırlar.

Vətəndaş və biznes üçün isə yüksək valyuta ehtiyatlarının əsas əhəmiyyəti məzənnə və maliyyə sabitliyidir. Bu sabitlik əhalinin və sahibkarların gələcək planlarını və uzunmüddətli maliyyə qərarlarını daha yüksək əminliklə qəbul etməsinə şərait yaradır.

AzPost.az

Post navigation

Previous: Tofiq Zülfüqarov –
Next: Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb

Oxşar xəbərlər

neftimage
  • İqtisadiyyat

Neftimizin qiyməti 127 dollara yaxınlaşır

User 24 Oktyabr 2026 - 10:51
serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.