“Azərbaycanla sərhədin delimitasiyası texniki prosesə çevriləcək”

Ermənistanın
Ermənistanın

Ermənistanla Azərbaycan arasındakı sərhədin delimitasiyası müəyyən mərhələdən sonra texniki prosesə çevriləcək.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib. Onun sözlərinə görə, bu, xəritələr, bütün prosedurlar və müvafiq sənədlər razılaşdırıldıqdan sonra mümkün olacaq.

Mirzoyan qeyd edib ki, Azərbaycan Ermənistan Konstitusiyası ilə bağlı narahatlığını ifadə edir. “Bununla yanaşı, hazırda sülh mövcuddur, iqtisadi əməkdaşlıq var, lakin müqavilə yoxdur”, – deyə nazir bildirib.

Ermənistan XİN rəhbəri həmçinin müxalifəti də ittiham edib. Onun sözlərinə görə, müxalifət xarici dövlətin maraqlarına xidmət edərək sülhü istəmir.

Mirzoyan iddia edib ki, müxalifət vəziyyətin pisləşməsində maraqlıdır. Onun fikrincə, belə olan halda müxalifətin hakimiyyətə gəlmək və daha sonra “xilaskarın” ortaya çıxması üçün şansı yaranır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.