Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanlı itkinlərin xatirə əşyaları Brüsseldə nümayiş olunub

User 21 Oktyabr 2026 - 23:37 (Last updated: 24 Oktyabr 2026 - 14:39)
qht it01
2026-cı il oktyabrın 21-də Belçikanın paytaxtı Brüssel şəhərinin Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi mərkəzi “Schuman” meydanında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri aksiya keçirib. Bu aksiya ötən gün Brüsseldə – Avropa Parlamentinin qarşısında – “Place du Luxembourg” meydanındakı aksiyanın davamı olub.
Aksiyada vurğulanıb ki, Ermənistan 4010 nəfər azərbaycanlı itkinin taleyinə hələ də aydınlıq gətirməyib, onlar barədə məlumatları gizlətməkdə davam edir. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərlə bağlı informasiyaların xüsusi önəmi diqqətə çatdırılıb.
Azərbaycanlı itkin ailələri Ermənistanı daim müdafiə edən, beynəlxalq münasibətlərdə anaxronizm və atavizm nümunəsi kimi qəbul edilən Avropa Parlamentinin bir dəfə də olsun azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırmadığını bildiriblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova itkinlərlə bağlı aksiyaların davamlı olacağını açıqlayıb.
Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və məktub zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən təsirli sözlər ziyarətçilərdə dərin təəssürat yaradıb. Ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.
“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi üzrə qalibdir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar
Next: BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.