Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanlı itkin ailələri ilk dəfə Avropa İttifaqında qəbul olunublar

User 21 Oktyabr 2026 - 23:00 (Last updated: 24 Oktyabr 2026 - 14:41)
qht avro

Azərbaycanlı itkin düşmüş şəxslərin ailə üzvləri ilk dəfə Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətində qəbul olunublar.

APA  xəbər verir ki, oktyabrın 21-də Brüsseldə keçirilən görüşdə “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin üzvləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali ilə görüşüblər.

Təxminən bir saat davam edən görüşdə itkin ailələri Ermənistanın münaqişədən sonrakı dövrdə də yaxınlarının taleyi barədə heç bir məlumat təqdim etmədiyini bildiriblər.

İctimai Birliyin sədri Könül Behbudova oktyabrın 20-də azərbaycanlı itkin ailələrinin Avropa Parlamentinin qarşısındakı Lüksemburq meydanında etiraz aksiyası keçirdiklərini və bəyanat qəbul etdiklərini diqqətə çatdırıb.

O vurğulayıb ki, Ermənistan azərbaycanlı itkinlərin taleyinə görə birbaşa məsuliyyət daşıyır və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycanla bölüşməlidir.

Könül Behbudova işğaldan azad edilmiş Azərbaycan ərazilərində indiyədək 32 kütləvi məzarlığın aşkarlandığını bildirərək, bunu böyük humanitar faciənin yalnız bir hissəsi kimi qiymətləndirib.

Görüşdə, həmçinin oktyabrın 21-də Brüsselin mərkəzi Şuman meydanında azərbaycanlı itkin ailələrinin növbəti aksiyasının keçirildiyi qeyd olunub.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin nümayəndələri yaxınlarının taleyinə aydınlıq gətirilənədək etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

AzPost.az

Post navigation

Previous: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır
Next: Azərbaycanlı itkinlərin xatirə əşyaları Brüsseldə nümayiş olunub

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.