“Azərşəkər”in sabiq rəhbəri ağır cinayətlərdə ittiham olunur

xəbərdarlıq edilib
xəbərdarlıq edilib

“Azərşəkər” MMC-nin sabiq rəhbəri və daha iki nəfər külli miqdarda mənimsəmədə ittiham olunur.

APA-nın xəbərinə görə, bununla bağlı cinayət işi məhkəməyə daxil olub. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun icraatına verilib.

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehhdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Zərərçəkmiş qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınır.

Cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.