Azad edilmiş ərazilərdə indiyədək nə qədər adam minaya düşüb? –

RƏQƏMLƏR
22 Noyabr 2021 - 17:30

İndiyədək işğaldan azad edilmiş ərazilərdə minaya düşənlərin sayı məlum olub.

2020-ci il noyabrın 10-dan bu ilin noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

İşğaldan azad edilmiş ərazilərdə keçən il noyabrın 11-dən bu il noyabrın 22-dək, ümumilikdə, 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb.

Bu müddətdə ümumilikdə 62 855 782 kv.m (6286 ha) ərazi mina və PHS-lərdən təmizlənib.