Azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəb və bağçaların sayıAÇIQLANDI

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi, 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən “Hesabat Brifinqi” zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bağçalarda 96 uşaq, məktəblərdə 1803 nəfər şagird (məktəbəhazırlıqla birgə) olmaqla, ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub”, – o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.