“Azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq məsələsi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır”. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir:
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir. Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil”.
Qeyd edək ki, sosial şəbəkə platformalarında işğaldan azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilməməsi ilə bağlı iddialar yayılıb.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı digər işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərə də sorğu göndərmişik.
17:47
“Azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq məsələsi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir:
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir. Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil”.
Qeyd edək ki, sosial şəbəkə platformalarında işğaldan azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilməməsi ilə bağlı iddialar yayılıb.
Xatırladaq ki, sözügedən məsələ ilə bağlı digər işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərə də sorğu göndərmişik.
17:10
İşğaldan azad edilmiş ərazilərdə mal-qara saxlamağa icazə verilməməsi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir:
“Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahələrində ev heyvanları saxlayırlar. Xocalının Ballıca, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə, şəhərlərdə, məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı digər işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərə də sorğu göndərmişik.