Azərbaycan ərazilərinin işğaldan azad olunmasından 3 il keçməsinə baxmayaraq həmin ərazilərdə abidələrin monitorinqi hələ də yekunlaşmayıb.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən “Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri” mövzusunda beynəlxalq konfransda deyib.
“Abidələrin monitorinqini yekunlaşdırmaq çətindir. Buna səbəb həmin ərazilərdə minaların olmasıdır. Monitorinqin başa çatması üçün həmin yerlər minalardan təmizlənməlidir, bunun üçün isə kifayət qədər maliyyə vəsaiti lazımdır”, – deyə o bildirib.