“Azad olunmuş rayonlara ilk olaraq yaşayış yeri olmayan vətəndaşlar köçürüləcək” –"Qaçqınkom"un sədri

“Məcburi köçkünlərin böyük əksəriyyəti birmənalı olaraq öz şəhərlərinə, rayonlarına, kəndlərinə qayıdacaqlar”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə məhz daimi yaşayış yeri ilə təmin edilməmiş vətəndaşlar köçürələcək.

“Kifayət qədər müasir şəraitdə yaşayan məcburi köçkünlər də həmin ərazilərə qaytarılacaq, lakin biz ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək edəcəyik”, – deyə, Dövlət Komitəsinin sədri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Sonrakı məqalə

Azərbaycanda qadın və yeniyetmələrin saxlandığı həbsxanalar köçürülür –