“Azad Rəhimovun Bakıya gətirilməsi barədə xəbər yalandır” –Səmayə Məmmədova

Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı bəzi saytlarda yayılan xəbərlərə aydınlıq gətirib.

Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova “Facebook” səhifəsində məlumat psylsşıb.

“Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır”, – S.Məmmədova belə yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

Sonrakı məqalə

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyən edilib