“Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Meydan” TV-nin  bloklanma qərarı ləğv edildi –Ali Məhkəmə qərar verdi

Ali Məhkəmə bəzi saytlara blok qoyulmasını nəzərdə tutan qərarı ləğv edib.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsi 2017-ci il mayında “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”nun, “Azərbaycan Saatı” proqramı və “Turan TV”-nin, eləcə də “Meydan” TV-nin saytının bloklanmasına qərar vermişdi.

Bu iddia ilə məhkəməyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müraciət etmişdi.

Bakı Apelyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti rədd etmiş, Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.

Sentyabrın 10-da Ali Məhkəmə kassasiya şikayətinə şikayətçinin nümayəndəsi olmadan baxıb. Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edib. Saytın bloklanması ilə bağlı qərara Apellyasiya Məhkəməsi yenidən baxacaq.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir