“Azadlıq Radiosu” üçün 5,5 milyon ayrıldı

“Avropa İttifaqı (Aİ) “Azadlıq Radiosu”nu maliyyələşdirəcək və yayımını dəstəkləmək üçün öz büdcəsindən 5,5 milyon avro ayırıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

“Nazirlər “Azadlıq Radiosu”nun maliyyələşdirilməsi üçün 5,5 milyon avro ayırmağa razılaşdılar”, – o qeyd edib.

Onun sözlərinə görə, Aİ “Azadlıq Radiosu”nun Aİ-yə qonşu ölkələrdə, həmçinin Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini hədəfləyir.

“Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə barədə öz aralarında razılıq əldə etməlidirlər”, – Kallas əlavə edib.

Xatırladaq ki, martın 14-də Amerika Prezidenti Donald Tramp ABŞ hökumətinin “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətinin miqyasını azaltmaq üçün sərəncam imzalayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.