Bakı-Moskva-Bakı reysi üzrə uçuşlar bərpa edilib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd ediliba>.
“Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub və artıq cədvələ uyğun ştat rejimində həyata keçirilir”, – məlumatda vurğulanıb.
AzPost.az