AZAL Moskvadan Bakıya olan təyyarə biletlərinin qiymətini açıqladı – QİYMƏTLƏR

AZAL Moskvadan Bakıya uçan təyyarə reyslərinin qiyməti ilə bağlı açıqlama yayıb. 
Azpost.info bildirir ki, məlumatda yaranmış son vəziyyətlə bağlı qiymət tarifləri açıqlanıb.
“Rusiyadan Azərbaycana reyslərə tələbatın artması, habelə aviabiletlərin dəyərinə dair yaranan suallarla əlaqədar olaraq bildiririk ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən Moskva-Bakı marşrutu üzrə təklif olunan aviabiletlərin xidmət sinifləri maksimal dəyəri:
– ekonom sinif – 409 avro;
– biznes sinif – 769 avro;
– “VIP Club” tarifi – 869 avro.
AZAL-la yanaşı, Rusiyadan Azərbaycana Rusiyanın “Aeroflot”, “Rossiya”, “Utair”, “Azimuth” və digər aviaşirkətləri də reyslər yerinə yetirir. Hər bir aviaşirkət öz qiymət siyasətini müstəqil şəkildə formalaşdırır.
AZAL bildirir ki, aviabiletlərin qiymətləri birbaşa reysə olan tələbatdan, təyyarədə qalan yerlərdən, alış tarixindən, uçuş mövsümdən və bir sıra digər kriteriyalardan asılıdır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.