AZAL sərnişinlərə müraciət edib:"Aviabiletləri yalnız..."

AZAL sərnişinlərə müraciət edib.

“Azərbaycan Hava Yolları” nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə Bakıda yerləşən satış ofisləri bağlandığından aviabiletləri yalnız aviaşirkətin rəsmi saytından əldə etmək mümkündür: “www.azal.az rəsmi saytımızdan əldə edilmiş aviabiletlərin qaytarılması / dəyişdirilməsi ilə bağlı müştəri xidmətlərinə [email protected] e-poçt ünvanı vasitəsilə müraciət etməniz xahiş olunur. Aviaşirkətin öz satış ofislərindən əldə edilmiş aviabiletləri isə Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-nin kassalarında dəyişdirə və ya qaytara bilərsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qaya” vokal qrupunun solisti Rauf Babayev vəfat edib

Sonrakı məqalə

DSX: