“Azərbaycan Hava Yolları” QSC aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.
QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.
Bir daha xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir.
Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.