“Azər-Türk Bank” qaydanı pozub –Mərkəzi Bankdan sərəncam

Azər-Türk Bank

Azər-Türk Bank” qaydanı pozub – Mərkəzi Bankdan sərəncam

Mərkəzi Bank “Azər-Türk Bank” ASC-yə icrası məcburi olan  sərəncam verib

AzPost bildirir ki, bu barədə AMB-nin verdiyi açıqlamada qeyd olunur.

Məlumata görə, bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndinin tələbinin pozulub.

Mərkəzi Bank tərəfindən banka müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Bank 25 may 1995-ci ildə təsis edilib. Mərkəzi Bank tərəfindən verilmiş bank lisenziyası, Banka depozitlər cəlb etmək, kreditlər vermək hüququ verir. Bank “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növlərini də həyata keçirir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.