Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Azərbaycan bir ildə bu ölkəyə yarım milyard dollar yatırıb

Orkhan Ali 23 Mart 2025 - 12:00 (Last updated: 21 May 2025 - 20:15)
dollar

Rəsmi məlumata əsasən, 2024-cü ildə Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatına birbaşa xarici investisiyaları 457,531 milyon ABŞ dolları təşkil edib.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan investisiyaları BƏƏ iqtisadiyyatına yatırılan ümumi birbaşa xarici investisiyaların 26 faizini təşkil edib.

İqtisadçı qeyd edib ki, investisiyaların həcmi 2023-cü illə müqayisədə 4,82 dəfə və ya 362,712 milyon ABŞ dolları artıb:

“Yəni 2024-də BƏƏ-yə qoyulan investisiyalarda hər 10 dollardan 2,6 dolları Azərbaycan pulu olub və bu investisiyalar 2023-cü illə müqayisədə 5 dəfə (!!!) artıb.

NATİQ CEFERLİ.jpg (27 KB)

Yaxşı, bu investisiyaların strukturu nədir? Özəl sektordur, ya dövlət investisiyalarıdır? Özəl sektordursa, niyə Azərbaycana investisiya qoymur, BƏƏ-yə yatırım edirlər?! Dövlət investisiyalarıdırsa, lap yaxşı, hara yatırım olunub, bu yatırım dövlət büdcəsinə nə qədər və hansı zaman kəsimində dividend gətirəcək?!

Bəlkə özəl sektor ona görə BƏƏ-yə yatırım edir ki, orada vergi-gömrük rüsumları azdır, qanunlar çalışır”.

Qeyd edək ki, ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində təhsil şəbəkəsinə 100 milyon dollar yatırım edib.

ARDNF “GEMS Education” şirkətinə yatırımı 17 iyun 2024-cü il tarixində investorlar konsorsiumunun üzvü olaraq edib.

Qeyd edilib ki, Fondun yatırım etdiyi “GEMS Education” 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir. Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb.

Sözügedən investisiya ARDNF-nin Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırımdır.

Post navigation

Previous: Prezident İlham Əliyev Pakistanın Baş nazirini təbrik edib
Next: “Azərbaycan “gələcəyin ölkəsi”dir…Bakıya gedəcəyəm” –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.