Azərbaycan MDB Oyunlarında iştirak üçün Ermənistana dəvət göndərib

Ermənistanın Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı qeyri-müəyyən olaraq qalır.

Apasport.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva bildirib.

O, yarışa həsr olunmuş mətbuat konfransında jurnalistlərin sualını belə cavablandırıb: “Biz ölkələrə dəvətnamə göndəririk. Ancaq Ermənistanın iştirakı hələ ki, təsdiqlənməyib. Növbəti mərhələlərdə yenilik olarsa, bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, Oyunların açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.