“Azərbaycan mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

yubiley
yubiley

Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” ilə bağlı yubiley medalı təsis ediləcək.

AzPost APA-ya istinadən xəbər verir ki, Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub.

“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis ediləcək. Bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Həmçinin oxu
Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.

Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın nəşri ilə başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün − 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. “Əkinçi”, eyni zamanda, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etdib. Dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.