Azərbaycan XİN İranda limanda partlayışla əlaqədar başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışla əlaqədar başsağlığı verib.

AzPost-un xəbərinə görə, bu barədə XİN X-da paylaşım edib.

“İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”, – deyə paylaşımda bildirilib

Qeyd edək ki, dünən yerli vaxtla saat 12.30-da İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində 18 nəfər ölüb, 800 yaralı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.