Azərbaycanda avtopilotda maşın sürmək qadağandır –Cəriməsi var - AÇIQLAMA

avtopilot
avtopilot

Son illərdə avtomobil sənayesində baş verən texnoloji yeniliklər sürücüsüz – yəni avtopilot rejimində idarə olunan nəqliyyat vasitələrinin meydana çıxmasına səbəb olub. Dünyanın bir sıra ölkələrində bu texnologiyalar artıq sınaqdan keçirilir və istifadəyə buraxılır. Azərbaycanda da bu avtomobillər geniş yayılıb. Əsasən Çin maşınları olan bu modelləri avtopilot rejimində idarə etmək sürücülər üçün komfort yaradır. 

Bəs bu rejimdə avtomobil idarə edən zaman polis bizi saxlaya bilər?

Məsələ ilə bağlı AzPost-a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev açıqlama verib:

“Azərbaycanda avtopilot rejimində avtomobil idarə etmək qanunla qadağandır. Hazırda qüvvədə olan Yol Hərəkəti Haqqında Qanunun 37-ci və 52-ci maddənin tələblərinə əsasən, mexaniki nəqliyyat vasitəsi hərəkətdə olarkən sükan arxasında mütləq sürücü olmalıdır və yalnız nəqliyyat vasitəsini tam hərəkətsiz hala gətirdikdən sonra avtomobili tərk edə bilər. Yolda hərəkətdə olan nəqliyyat vasitəsini sükandan əlini çəkərək idarə etmək qəti şəkildə qadağandır. Bu inzibatı xətalar məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır”.

Qeyd edək ki, sürücülər bu rejimdə avtomobili idarə edərsə, 50 manat cərimə edilə bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.