Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı açıqlanıb

əmək müqavilələrinin sayı
əmək müqavilələrinin sayı

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 458.110 vahid artıb və 2025-ci il fevral ayının 1-nə 1.860.025 olub.

AzPost xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 430.225 vahid artaraq 970.147 təşkil edib.

Qeyd edilib ki, bağlanmış əmək müqavilələrinin sayında artım iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.