Azərbaycan Mərkəzi Bankı (AMB) “Turanbank” ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
AzPost xəbər verir ki, bu barədə AMB xəbər verir.
Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması səbəbi ilə
İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.2-ci maddəsinə əsasən “Turanbank” ASC 20 min manat məbləğində, İXM-nin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Turanbank” ASC-nin vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə edilib.
TuranBank 1992-ci il iyun ayının 12-də, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. Bu gün Bank ölkə iqtisadiyyatının, regional ticarətin, sahibkarlığın və ümumilikdə ölkənin qeyri-neft sektorunun inkişafına özünün uğurlu layihələri ilə dəstək olan etibarlı, seçilən banklardan birinə çevrilib.
Fəaliyyəti ərzində TuranBank geniş təcrübə və müştəri etimadı qazanmış, yüksək keyfiyyətli xidmət və rəqabətqabiliyyətli məhsullar təklif edən universal bir banka çevrilmişdir.
Hazırda Bankımızın 16 satış nöqtəsi vardır ki, onların da 9-u regionlarda yerləşir.