Azərbaycanda bu cərimələr silinə bilər?

cərimələr
cərimələr
Azərbaycanda bu cərimələr silinə bilər?
COVİD-19 zamanı yazılan  cərimələr silinməsi üçün hələlik heç bir təşəbbüs yoxdur.
Bu sözləri Axar.az-a hüqüqşünas Əkrəm Həsənov COVİD-19 pandemiyası zamanı yazılan cərimələrin silinməsinin mümkünlüyü haqqında danışarkən deyib.
Onun sözlərinə görə, cərimlərin silinməsi ilə bağlı dövlətə müraciət olunmalıdır. Əksər halda bu müraciətlər müsbət həllini tapır:
“İstənilən borcu dövlət silə bilər. Bu təşəbbüslə millət vəkilləri çıxış edib, cərimələr silinə, vətəndaşlar bundan azad ola bilərlər”.
Millət vəkili Məlahət İbrahimqızı isə saytımıza açıqlamasında bildirib ki, bu cərimələrin qalması heç kimə maneə törtətmir:
“Bu cərimələrin qalması kimə maneə törədir? Kim zəmanət verir ki, nə vaxtsa bir də pandemiya olmayacaq? Lap yaxşı, pandemiya yoxdur, heç kəs də cərimələnmir”.
Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsi karantin rejimi qaydalarını pozduqlarına görə ölkə vətəndaşlarının cərimə kimi ödədikləri vəsaitin geri qaytarılmasına qərar verib. Pandemiya borclarını silən və cərimələrin məbləğini vətəndaşlarına geri qaytarmağa qərar verən daha bir qonşu ölkə isə Gürcüstandır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.