Azərbaycanda bu siqaretlər bahalaşır – MƏBLƏĞ

Siqaret
Siqaret

Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.

AzPost Teleqraf-a istinadən xəbər verir ki, satış şəbəkələrinə artıq “Sobranie” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib.

Artım ilkin mərhələdə yalnız “Sobranie” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək.

Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb.

Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur. Rəsmi açıqlama verilməsə də, gözləntilər odur ki, qiymət artımı qarşıdakı günlərdə qüvvəyə minə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.